“Rabitəbank”da əhalinin əmanətləri artıb

“Rabitəbank”da əhalinin əmanətləri artıb
# 22 oktyabr 2014 10:04 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. 2014-cü ilin III rübündə “Rabitəbank” ASC-nin aktivlərinin həcmi 260,452 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,82% azdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin oktyabr ayının 1-nə nisbətən bu ilin eyni dövründə bankın kredit portfeli 28,13% artaraq 199,771 mln. manat təşkil edib. O cümlədən, istehlak kreditlərinin həcmi 70,327 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 9,34% çoxdur.

Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 50,57% artaraq 8,673 mln. manat olub.

2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə bu ilin müvafiq dövründə bankın depozit portfeli 4,45% azalaraq 171,528 mln. manat olub. Bu ilin 9 ayında əhalinin əmanətlərinin həcmi isə 131,535 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 27,57% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 6,33% artaraq 53 mln. 750 min manata çatıb, nizamnamə kapitalı isə dəyişməyərək 45 mln. 500 min manat qalıb.

Ötən ilin müvafiq dövrünə nisbətən bu ilin 9 ayında bankın gəlirləri 2,01 dəfə, xərclər isə 2,04 dəfə artıb.

Hesabat dövründə bankın gəlirləri 41,285 mln. manat, xərcləri isə 38,037 mln. manat təşkil edib.

Cari ilin ilk doqquz ayı ərzində bankın əldə etdiyi mənfəət 3 mln. 249 min manat olub.

Hazırda bankın ölkə üzrə 24 filialı, 46 bankomatı, 448 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR