Bakıda baş verən qətlin təfərrüatları məlum olub - FOTO - YENİLƏNİB-1

Bakıda baş verən qətlin təfərrüatları məlum olub  - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB-1
# 19 sentyabr 2015 00:23 (UTC +04:00)

APA-nın məlumatına görə, qətlə yetirilən Ələddin Qarayevin oğlu Əmrah Qarayev Nobel prospekti 110 ünvanında yerləşən "Lion" kafesində kafe sahibinin mühafizəçisi Elməddin Ağayevlə mübahisə edib, aralarında dava olub. Daha sonra Əmrah Qarayev kafenin yaxınlığındakı evinə gedib. Elməddin Ağayev və qardaşı Niyaməddin Ağayev bıçaqla silahlanaraq, Əmrah Qarayevin yaşadığı evə gəliblər. Evin qarşısında tərəflər arasında növbəti dəfə dava düşüb. Elməddin Ağayev əlindəki bıçaqla Əmrah Qarayevin boğaz nahiyəsinə xəsarət yetirib. Əmrah Qarayevin atası Ələddin Qarayev evdən beysbol ağacı götürərək qapıya çıxıb və oğluna kömək etməyə çalışıb. Elməddin Ağayev onu da bıçaqlayıb. Ata və oğul xəstəxanaya aparılıblar. Ələddin Qarayev yolda ölüb, Əmrah Qarayev isə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Hadisə zamanı Ələddin Qarayevin oğlunun Bəxtiyar adlı dostu da onun yanında olub. O, ata və oğulun bıçaqlandığını gördükdə özünə məxsus motosikletlə qaçmağa çalışıb. Lakin Elməddin və Niyaməddin Ağayev qardaşları onun təqib ediblər və yolda saxlayaraq, döyüblər. Daha sonra Niyaməddin Ağayev “KİA” markalı 90 NZ 849 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən uzaqlaşıb. O, cinayət aləti sayılan bıçağı da özü ilə aparıb. Lakin dərhal verilən axtarışla avtomobil Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Elməddin Ağayev isə "Lion" kafesinin sahibinin "BMW X5" markalı avtomobili ilə qaçıb. Həmin avtomobil sonuncu dəfə Naximov küçəsində "Təhlükəsiz Şəhər" kameralarına düşüb, daha sonra isə gözdən yayınıb. Elməddin Ağayevin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən Ələddin Ağayev yaralanan Əmrah Qarayevin toyuna hazırlaşırmış. Toy sentyabrın 30-na təyin olunmuşdu.

***

02:20

Bakı. Mahir Məmmədli - APA. Paytaxtın Nobel prospektində baş verən qətlin bəzi təfərrüatları məlum olub.

APA-nın əməkdaşı hadisənin bəzi detallarını öyrənib. İlkin məlumata görə, qətlə yetirilən E.Qarayev və Ağayev qardaşları arasında mübahisə Nobel prospektində yerləşən “Lion” kafesində yaranıb. Tərəflər münasibətlərinə aydınlıq gətirmək üçün küçəyə çıxıblar. Bu zaman Elməddin Ağayev özü ilə götürdüyü bıçaqla Ələddin Qarayevi qətlə yetirib.

Qeyd edək ki, Elməddin Ağayev “Lion” kafesinin sahibinin mühafizəçisidir. Qətlə yetirilən Ə. Qarayev isə adıçəkilən kafenin yaxınlığında yaşayırmış. E. Ağayev hadisə yerindən “Lion” kafesinin sahibinə məxsus BMW X5 markalı avtomobillə qaçıb.

***

01:46

Bakı. Mahir Məmmədli - APA. Bakıda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Nobel prospekti, 110 ünvanında qeydə alınıb.

Belə ki, Ağayev Elməddin Xanhüseyn oğlu və onun qardaşı Ağayev Niyaməddin idarə etdikləri “BMW” və “KİA” markalı avtomobillərlə Nobel prospekti ilə hərəkətdə olduqları zaman hələlik nəmalum avtomobilin sürücüsü, 1965-ci il təvəllüdlü Qarayev Ələddin Malış oğlu ilə mübahisələri yaranıb.

Mübahisə zamanı Elməddin Ağayev bıçaqla E.Qarayevə xəsarət yetirib və o, hadisə yerində ölüb. Hər iki qardaş hadisəni görən motosikl sürücüsünü izləyib və onu beysbol ağacları ilə döyüblər. Hər iki şəxs hadisə yerindən qaçıb.

Dövlət Yol polisinin əməkdaşları Niyaməddin Ağayevi idarə etdiyi “KİA” markalı 90 NZ 849 dövlət nömrə nişanlı avtomobillə birlikdə saxlayıblar. Elməddin Ağayevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

APA-nın əməkdaşı hadisənin bəzi detallarını öyrənib. İlkin məlumata görə, qətlə yetirilən E.Qarayev və Ağayev qardaşları arasında mübahisə Nobel prospektində yerləşən “Lion” kafesində yaranıb. Tərəflər münasibətlərinə aydınlıq gətirmək üçün küçəyə çıxıblar. Bu zaman Elməddin Ağayev özü ilə götürdüyü bıçaqla Ələddin Qarayevi qətlə yetirib.

Qeyd edək ki, Elməddin Ağayev “Lion” kafesinin sahibinin mühafizəçisidir. Qətlə yetirilən Ə. Qarayev isə adıçəkilən kafenin yaxınlığında yaşayırmış. E. Ağayev hadisə yerindən “Lion” kafesinin sahibinə məxsus BMW X5 markalı avtomobillə qaçıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR