Tovuzda avtomobil yolu keçmək istəyən piyadanı vurub

Tovuzda avtomobil yolu keçmək istəyən piyadanı vurub
# 24 noyabr 2014 14:26 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Bakı-Qazax avtomagistralının 452-ci kilometrliyində, Tovuz rayonunun Cəlilli kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-nın qərb bürosuna verilən məlumata görə, Şəmkir rayon sakini, 33 yaşlı Vüqar Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə Gürcüstan istiqamətində hərəkət edən sərnişin avtobusundan düşüb yolu keçmək istəyən Gürcüstan Respublikasının Marnueli rayon sakini 45 yaşlı Elminaz Axundovanı vurub. Qəza nəticəsində E. Axundova hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı BDYPİ-nin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR