Ukrayna ordusu separatçıların Mariupola hücumunu dəf edib

Ukrayna ordusu separatçıların Mariupola hücumunu dəf edib
# 04 sentyabr 2014 17:40 (UTC +04:00)

APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna müdafiə nazirinin müavini Aleksandr Danilyuk bildirib.

“Ukrayna Silahlı Qüvvələrinin birləşmələri düşmənin Mariupol şəhərinə hücumunu dəf edərək bir neçə zirehli texnikasını sıradan çıxarıb”, deyə Danilyuk bildirib. O əlavə edib ki, düşmən Ukrayna ordusunun mövqelərini atəşə tutmaqda davam edir.

Donetsk vilayət administrasiyasının rəhbəri Konstantin Batozskinin sözlərinə görə, döyüş zamanı separatçıların 4 tankı vurulub. “Sərhəd qoşunları və “Azov” xüsusi batalyonunun səyi nəticəsində düşmənin Novoazovsk istiqamətindən hücumu dəf edilib. Düşmənin 4 tankı məhv edilib”, deyə o bildirib.

Onun sözlərinə görə, hazırda Mariupol istiqamətində nisbi sakitlikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR