Miqrasiya orqanlarında işə qəbulla bağlı elektron xidmət yaradılıb

Miqrasiya orqanlarında işə qəbulla bağlı elektron xidmət yaradılıb
# 13 iyul 2016 16:58 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Miqrasiya orqanlarında qulluğa qəbul olunmaq üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiqlənib.

APA-nın xəbərinə görə, Dövlət Miqrasiya Xidmətinin (DMX) Kollegiyası bununla bağlı qərar qəbul edib.

Qərarla miqrasiya orqanlarında qulluğa qəbul olunmaq məqsədilə müraciətin və sənədlərin qəbulu elektron xidmət yaradılıb. Elektron xidmət miqrasiya orqanlarında qulluğa qəbul olunmaq üçün müraciətin qəbulunu əhatə edir.

Elektron xidmət DMX tərəfindən göstəriləcək. Elektron xidmətin digər icraçıları yoxdur. Elektron xidmət qismən avtomatlaşdırılıb. Elektron xidmətin icra müddəti müsabiqə haqqında elanda göstərilən müddət ərzindədir. Elektron xidmətin göstərilməsinin nəticəsində Azərbaycan Respublikası vətəndaşının miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsində iştirakına icazə verilir.

Elektron xidmət üzrə ödəniş tələb olunmur.

Elektron xidmətlərin göstərilməsinə görə DMX Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi məsuliyyət daşıyır. İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR