Azərbaycan Beynəlxalq Bankının Dubay filialının həbsdə olan müdiri Adil Hüseynov BMCMİ-nə aparılıb

Azərbaycan Beynəlxalq Bankının Dubay filialının həbsdə olan müdiri Adil Hüseynov BMCMİ-nə aparılıb
# 06 oktyabr 2015 08:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Beynəlxalq Bankın Dubay filialının həbsdə olan müdiri Adil Hüseynov oktyabrın 2-də saxlanıldığı Bakı İstintaq təcridxanasından Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılıb.

Bu barədə APA-ya məlumat verən A. Hüseynovun vəkili Kamandar Nəsibov bildirib ki, A. Hüseynovun BMCMİ-nə aparılması barədə ona hər hansı məlumat verilməyib: “Artıq beş gündür, Adil Hüseynovdan heç bir xəbər yoxdur. Hansısa istintaq hərəkətini həyata keçirmək üçün aparıblarsa, vəkilə də məlumat verilməlidir. Bununla bağlı BMCMİ-nə məktubla müraciət etmişəm, hələlik cavab yoxdur. Onu nə üçün apardıqları barədə məlumat vermirlər”.

Qeyd edək ki, A. Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi ittiham elan olunub. Nərimanov Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

A. Hüseynov mərhum polis polkovniki Fətulla Hüseynovun oğludur. F. Hüseynov Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, hazırda ömürlük həbsdə olan Hacı Məmmədovun dəstəsi tərəfindən öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR