"Panasonic" 1300 işçisini ixtisar edir

"Panasonic" 1300 işçisini ixtisar edir
# 27 avqust 2015 11:23 (UTC +04:00)

Bakı - APA-Economics. "Panasonic Corp." Çinin paytaxtı Pekində yerləşən və akkumulyator istehsalı ilə məşğul olan zavodunu bağlayır. "APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, zavodun bağlanması nəticəsində şirkət 1300 işçisini ixtisar edəcək.

İşçilər zavodun bağlanması barədə verilən qərar barəsində cari ilin iyul ayının sonunda xəbərdar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR