"AtaBank" II rübdə aktivlərini 60% artırıb

"AtaBank" II rübdə aktivlərini 60% artırıb
# 09 iyul 2015 10:50 (UTC +04:00)

Bakı - APA-Economics. "AtaBank" 2015-ci ilin I yarısında ötən ilin analoji dövrü ilə müqayisədə aktivlərini 59,7% artıraraq 629 mln. 735,7 min manata çatdırıb.

Bu barədə "APA-Economics"ə bankdan daxil olan maliyyə hesabatında deyilir.

Hesabata əsasən, bankın kredit portfeli 96,8% artaraq 538 mln. 385,7 min manat olub.

Yanvar-iyun aylarında bankın depozit portfeli 62,8% artaraq 545 mln. 707,4 min manata çatıb. Portfelin strukturunda müddətli depozitlərin payı 491 mln. 481,8 min manat, tələb olunanadək depozitlərin payı isə 54 mln. 225,5 min manatdır. İyul ayının 1-ə əhali tərəfindən bankda 208 mln. 235,1 min manat həcmində əmanət yerləşdirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 37,9% azdır.

Bankın nizamnamə kapitalı hesabat dövründə 33,3% artaraq 50 mln. manat olub. Məcmu kapitalı həcmi isə 47,5 artaraq 73 mln. 853,3 min manata çatıb.

Bank cari ilin I yarısını 13 mln. 356,7 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR