Azərbaycanın Xudat şəhəri rusların ən çox sevdikləri istirahət yerlərindən biridir

Azərbaycanın Xudat şəhəri rusların ən çox sevdikləri istirahət yerlərindən biridir
# 30 iyul 2014 09:50 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın Xaçmaz rayonunun Xudat şəhəri rusiyalıların keçmiş sovet məkanında 10 ən populyar istirahət yerlərinin sırasına daxil olub.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, istirahət yerlərinin reytinqi tərtib edilərkən turistlərin birhəftəlik yay istirahəti, qidalanma və ekskursiyası da nəzərə alınıb.

Siyahıda ruslar tərəfindən ən çox sevilən diyarlar arasında İssık-Kul (Qırğızıstan), Borovoye gölü (Qazaxıstan), Naroç gölü (Belarus), Qaqrı (Qara dəniz, Abxaziya), Хudat (Xəzər dənizi, Azərbaycan), Yurmala (Rij körfəzi, Latviya), Sevan gölü (Ermənistan), Palanqa (Baltik dənizi, Litva), Batumi (Qara dəniz, Gürcüstan) və Vadul-luy-Vode (Dnestr, Moldova) yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR