Azərbaycan prezidenti Neftçala rayonunda yol tikintisinə 3 milyon manat ayırıb

Azərbaycan prezidenti Neftçala rayonunda yol tikintisinə 3 milyon manat ayırıb
# 07 iyul 2015 12:58 (UTC +04:00)

APA-nın məlumatına görə, 37 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3 milyon manatı Neftçala Rayon İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR