Bakı Ali Neft Məktəbində YAP-ın 23 illiyi qeyd olunub - VİDEO

Bakı Ali Neft Məktəbində YAP-ın 23 illiyi qeyd olunub - <span style="color: red;">VİDEO
# 20 noyabr 2015 11:58 (UTC +04:00)

Bakı - APA. Bakı Ali Neft Məktəbində (BANM) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 23 illiyi münasibətilə tədbir keçirilib.

BANM-dan APA-ya verilən məlumata görə, tədbirdə məktəbin rektoru Elmar Qasımov YAP-ın yarandığı 23 illik bir dövrdə partiyanın keçdiyi tarixi yola və görülən işlərə diqqət çəkib: "Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə uğurlu fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası fəaliyyət göstərdiyi 23 il ərzində mühüm tarixi əhəmiyyətli işlər görüb. Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib”.

YAP icra katibinin müavini Siyavuş Novruzov da partiyanın 23 ill müddətində gördüyü işləri yüksək dəyərləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR