Məzahir Pənahov mətbuatı və sosial şəbəkə istifadəçilərini aktiv olmağa çağırıb

Məzahir Pənahov mətbuatı və sosial şəbəkə istifadəçilərini aktiv olmağa çağırıb
# 01 noyabr 2015 05:31 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünkü parlament seçkiləri ilə bağlı mətbuata və sosial şəbəkə istifadəçilərinə müraciət edib.

APA-nın məlumatına görə, M. Pənahov seçkilərə start verilməsi ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, bugünkü seçkilərin tam şəffaf keçməsində sosial şəbəkə və mətbuat işçilərinin rolu böyükdür.

“Mən xüsusilə sosial şəbəkə istifadəçilərinə müraciət edirəm ki, qarşılaşdıqları hər bir neqativ hal, anlaşılmazlığı dərhal işıqlandırsınlar. Mətbuat da bu məsələdə aktiv olmalıdır. Bu bizim işimizə köməkdir”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR