İrakli Qaribaşvili: “Saakaşvilinin cinayət məsuliyyətinə cəlb edilməsi digər dövlətlərlə münasibətlərimizə təsir etməyəcək”

İrakli Qaribaşvili: “Saakaşvilinin cinayət məsuliyyətinə cəlb edilməsi digər dövlətlərlə münasibətlərimizə təsir etməyəcək”
# 04 avqust 2014 15:37 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin fəaliyyətinin araşdırılması və onun cinayət məsuliyyətinə cəlb edilməsi Gürcüsanın digər dövlətlərlə münasibətlərinə, eləcə də Avropa Birliyinə inteqrasiyasına təsir göstərməyəcək.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxış edib.

İ. Qaribaşvili sabiq prezidentin həbs ediləcəyi halda Qərblə münasibətlərin pisləşəcəyi barədə proqnozları “siyasi spekulyasiya” adlandırıb: “Bizim hansısa ölkə ilə münasibətlərimizə Saakaşvili ilə bağlı məsələnin heç bir təsiri ola bilməz. Hər kəs məhkəmənin qərarını gözləməlidir”.

Qeyd edək ki, avqustun 2-də Tiflis şəhər məhkəməsi istintaqdan boyun qaçırdığına görə Saakaşvili barəsində qiyabi həbs-qətimkan qərarı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR