Astarada torpaq sürüşməsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, sürüşmə gecə saatlarında rayonun Vaqo kəndində Pensərçay axınının sol istiqamətində qeydə alınıb.
Rayonda yağan aramsız yağışlar nəticəsində su sərfi artıb və əsası 1988-ci illərdə qoyulan bəndlərin dib yamaçı yuyulub. Nəticədə 16 ədəd, ümumilikdə 20 metr uzunluqda torpaq qatı çaya aşıb. Vətəndaşların məhəllə arası istifadə etdiyi yolun kənar hissəsi ucub.
Hazırda əraziyə Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəsisləri və texnikaları cəlb olunub. Bəndlərin təmiri işlərinə başlanılıb. Məsələ ilə bağlı müvafiq qurumlara məıumat verilib.