Azərbaycanda hərbi hazırlıq dərsləri üçün nəzərdə tutulan təlim silah-sursatları məktəblərdən yığışdırılır

Azərbaycanda hərbi hazırlıq dərsləri üçün nəzərdə tutulan təlim silah-sursatları məktəblərdən yığışdırılır
# 15 avqust 2014 15:13 (UTC +04:00)

Bu barədə APA-ya Quba Rayon Təhsil Şöbəsindən məlumat verilib.

Təhsil naziri ötən illərdə Lənkəran, Sumqayıt və Bakı şəhərində baş verən hadisələrlə bağlı orta təhsil müəssisələrindəki təlim silah-sursatlarının polisə təhvil verilməsi barədə göstəriş verib.

Quba Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, artıq rayonun Qımıl kənd orta məktəbinin rəhbərliyi təlim üçün nəzərdə tutulmuş 2 ədəd tank əleyhinə minanı, 5 ədəd “RQD-5”, 2 ədəd “F-1” əl qumbarasını, 6 ədəd alışdırıcını və 78 ədəd müxtəlif çaplı patronu rayon polis şöbəsinə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR