Astarada ticarət obyektlərinin yerləşdiyi ərazidə güclü yanğın olub

Astarada ticarət obyektlərinin yerləşdiyi ərazidə güclü yanğın olub
# 23 avqust 2014 20:35 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə avqustun 23-də axşam saatlarında rayonun Pensər kəndində ticarət obyektlərinin cəmləşdiyi ərazidə qeydə alınıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə 2 yanğın söndürən maşın və canlı qüvvə səfərbər olunub. Onların səyləri nəticəsində güclü alov dalğasının əhatə dairəsinin genişlənməsinin və yanğının digər bitişik ticarət obyektlərinə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmasa da, 1 çayxana 50 kv.m sahədə, ona bitişik olan mobil telefon satışı dükanının dam örtüyü 20 kv.m sahədə, meyvə-tərəvəz dükanının dam örtüyü 12 kv.m sahədə, ümumilikdə isə 82 kv.m sahə yanaraq yararsız hala düşüb. 12 mağaza, o cümlədən ikimərtəbəli 1 ticarət obyekti yanğından mühafizə olunub. Yanğın saat 22.00 radələrində tam lokallaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR