Bakıda yol qəzası baş verib, xəsarət alan var - FOTO - VİDEO

Bakıda yol qəzası baş verib, xəsarət alan var   - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 24 aprel 2015 00:40 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Paytaxtın Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, avtoqəza rayonun Şərifzadə küçəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili adıçəkilən küçə ilə hərəkətdə olan zaman digər bir avtomaşın arxadan ona çırpılıb. Qəzaya səbəb olan sürücü dərhal hadisə yerindən uzaqlaşıb.

Hadisə zamanı avtomobildə olan sərnişin xəsarət alıb. Qəzaya səbəb olan sürücü yaralını avtomobilə mindirərək dərhal hadisə yerindən uzaqlaşıb. Əraziyə Yasamal rayon Yol patrul xidmətinin əməkdaşları gələrək qəza ilə bağlı ölçülər götürüb. Qəzaya səbəb kimi ilkin ehtimal olaraq yüksək sürət göstərilir.

Faktla bağlı Yasamal Rayon Polis idarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR