Bu il “Şahdəniz-1” layihəsi üzrə Cənubi-Qafqaz Boru Kəməri ilə Gürcüstana 4 mlrd. kubmetr və Türkiyəyə 29 mlrd. kubmetr qaz ixrac olunub

 Bu il “Şahdəniz-1” layihəsi üzrə Cənubi-Qafqaz Boru Kəməri ilə Gürcüstana 4 mlrd. kubmetr və Türkiyəyə 29 mlrd. kubmetr qaz ixrac olunub
# 20 sentyabr 2014 10:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2013-cü ildə Azərbaycanda 29,4 mlrd. kubmetr qaz hasil edilib ki, bu da 2004-cü ildə çıxarılmış 5 mlrd. kubmetr qazla müqayisədə 5,9 dəfə çoxdur. Qaz hasilatındakı bu artım, ilk növbədə, “Şahdəniz” yatağı ilə bağlıdır.

APA-Economics”in məlumatına görə, bunu “Xalq” qəzetinə müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, ötən il yataqda istismarda olan 6 quyudan 9,8 mlrd. kubmetr qaz və 2,45 mln. ton kondensat hasil edilib: “Orta hesabla gündə 27 mln. kubmetr qaz və 7 min kubmetr kondensat çıxarılıb. Ümumiyyətlə, deyim ki, 1999-cu ilin iyulunda Xəzərin Azərbaycan sektorunda nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və eyniadlı qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi təkcə Azərbaycanın deyil, bütün regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi işinə böyük töhfə olub”.

X. Yusifzadə bildirib ki, “Şahdəniz” yatağının bu günə təsdiq edilmiş karbohidrogen ehtiyatları 1,2 trln. kubmetr qazdan və 240 mln. ton kondensatdan ibarətdir: “İşlənmənin əvvəlindən “Şahdəniz” yatağından 14 mln. ton kondensat və 54 mlrd. kubmetr qaz hasil edilib. Bu il sentyabrın 1-dək “Şahdəniz-1” layihəsi üzrə Cənubi-Qafqaz Boru Kəməri ilə Gürcüstana 4 mlrd. kubmetr və Türkiyəyə 29 mlrd. kubmetr qaz verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR