Ağdamda avtomobil 38 yaşlı kişini vurub

Ağdamda avtomobil 38 yaşlı kişini vurub
# 29 sentyabr 2015 00:15 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Rayonun Əfətli kəndi ərazisində baş verib.

Rayonun Evoğlu kənd sakini 1977-ci il təvəllüdlü Nağıyev Namiq Rafiq oğlu yaralı vəziyyətdə, Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Şahidlərin sözlərinə görə yaralını xəstəxanaya hadisəni törədən sürücü özü çatdırıb. Həkimlər yaralıya kəllə-beyin travması diaqnozunu qoyub. Ilkin tibbi yardım göstərildikdən sonra xəstənin yaxınları onu Bərdə Mərkəzi Rayon xəstəxanasına aparıblar. Hadisənin törədən sürücünün kimliyi barədə məlumat verilmir.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları, hadisənin motivlərini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR