Sahibkarlıq sahəsində aparılan yoxlamalara dair tələblər dəyişdirilib

Sahibkarlıq sahəsində aparılan yoxlamalara dair tələblər dəyişdirilib
# 25 avqust 2014 15:44 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalara dair 3 ay əvvəl qəbul edilən 14 tələbdən 2-si dəyişdirilib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən bundan sonra yoxlama suallarının siyahısına daxil edilən tələblər normativ hüquqi aktın "(o cümlədən texniki normativ hüquqi aktın) struktur elementinin nömrəsinə istinad xarakteri daşıya bilməz.

Digər dəyişikliyə görə, Nazirlər Kabineti tərəfindən 3 ay əvvəl qəbul edilən qərara əsasən, yoxlama suallarının siyahısının aktuallığını və sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən normativ hüquqi aktlara uyğunluğunu təmin etmək məqsədi ilə yoxlama suallarının siyahısında əks olunan tələblər yoxlayıcı orqan tərəfindən mütəmadi nəzərdən keçirilməli idi. Ancaq bundan sonra yoxlama suallarının siyahısında əks olunan tələblər yoxlayıcı orqan tərəfindən mütəmadi deyil, həmin normativ hüquqi aktlarda dəyişikliklər baş verdikcə nəzərdən keçiriləcək.

Qərar imzalandığı gündən qüvvəyə minir.

Nazirlər Kabineti 2014-cü il 12 may tarixli qərarı ilə təsdiq edilmiş “Yoxlama suallarının siyahısının forması və tətbiqi Qaydası”na əsasən indiyə qədər yoxlama suallarının siyahısına daxil edilən tələblər normativ hüquqi aktın normasına istinad xarakteri daşımayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR