Putin: “NATO-nun sərhədlərimizə yaxınlaşmasına adekvat cavab verəcəyik”

Putin: “NATO-nun sərhədlərimizə yaxınlaşmasına adekvat cavab verəcəyik”
# 22 iyul 2014 14:15 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında bəyan edib.



Putin qeyd edib ki, NATO-nun ordu birləşmələri Şərqi Avropa ölkələrində, xüsusilə də Qara və Baltik dənizləri akvatoriyalarında nümayişkəranə şəkildə gücləndirilir.


Onun sözlərinə görə, Rusiya sərhədlərinə yaxınlaşmaqda olan ABŞ-ın raketlərdən müdafiə sistemi Vaşinqtonun hücum sisteminin bir hissəsidir: “Bizə deyirlər ki, raketdən müdafiə sistemi müdafiə üçündür, amma heç də belə deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR