Şirvan Şəhər İcra Hakimiyyətinə 1 milyon manat ayrılıb

Şirvan Şəhər İcra Hakimiyyətinə 1 milyon manat ayrılıb
# 18 iyul 2014 15:55 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, Şirvan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və Bayramlı qəsəbəsində inşa edilən yaşayış binasının tikintisinin başa çatdırılması məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR