Azərbaycanlı hüquq müdafiəçisi Orxan Zeynalovla bağlı Rusiya prezidentinə müraciət edib

Azərbaycanlı hüquq müdafiəçisi Orxan Zeynalovla bağlı Rusiya prezidentinə müraciət edib
# 07 iyul 2014 12:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Rusiya Federasiyasının prezidenti Vladimir Putinə müraciət edib.

E.Behbudovun APA-ya verdiyi məlumata görə, müraciət Rusiyada həbsdə olan Azərbaycan vətəndaşı Orxan Zeynalovla bağlıdır: “Müraciətimdə qeyd etmişəm ki, Orxan Zeynalovun işi nəzarətə götürülsün və ona qarşı ayrı-seçkilik etməsin. Müraciətdə Azərbaycanla Rusiyanın yaxın qonşu olmasını və əlaqələrimizin yaxşı olduğunu vurğulamışam”.

Qeyd edək ki, O.Zeynalov Rusiyada qətldə təqsirləndirilir. Hazırda onun cinayət işi üzrə məhkəmə prosesi gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR