Saymon Kleq: “Yayımın səviyyəsindən razıyam”

Saymon Kleq: “Yayımın səviyyəsindən razıyam”
# 23 iyun 2015 08:55 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova – APA. “Avropa Oyunlarının gәləcәyi yayımdan asılı deyil”. APA-nın mәlumatına görә, bunu Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib.

S. Kleq bildirib ki, Avropa Oyunlarının gələcəyi idmançılardan, oyunların sәviyyәsindәn asılıdır: “Әminәm ki, 2019-cu ildә keçiriləcək yarışlarda da әn yaxşı oyunçular iştirak edəcәk. Bu zaman ən yaxşı yayımçılar, sponsorlar cəlb olunacaq. Ümumilikdə Avropa Oyunları ilə bağlı yayımın sәviyyәsindәn mәmnunam. Tək Avropa deyil, dünyanın müxtәlif bölgәsindәki yayım sәviyyәsindәn razıyıq. Unutmayaq ki, bu, tarixdə ilk Avropa Oyunlarıdır. Heç kəs bilmirdi, nəticəsi necə olacaq. Amma nәticә çox yaxşı oldu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR