Bakıda 25 yaşlı oğlan bıçaqlanıb

Bakıda 25 yaşlı oğlan bıçaqlanıb
# 04 aprel 2015 07:07 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Anar Məstənov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. A. Məstənov müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR