Gələn il Azərbaycanda elm xərclərinə ayrılan vəsait 21,8 faiz artırılacaq

Gələn il Azərbaycanda elm xərclərinə ayrılan vəsait 21,8 faiz artırılacaq
# 14 oktyabr 2014 09:36 (UTC +04:00)

Maliyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, həmin xərclər fundamental elmi tədqiqatların və dövlət təşkilatlarında mövcud olan elmi tədqiqat müəssisələri tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönələcək.

2015-ci il elm xərclərində elmi tədqiqat layihələrinin Elmin İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi üçün 7,6 milyon manat, latın qrafikalı kitabların çap edilməsi üçün 5 milyon manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmiri üçün 2 milyon manat, elmi-tədqiqat təminatının möhkəmləndirilməsi, müasir laboratoriya avadanlıqlarının alınması üçün 4,9 milyon manat və digər tədbirlərin həyata keçirilməsi üçün vəsait nəzərdə tutulub.

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun fəaliyyəti üçün 2015-ci ilin dövlət büdcəsində 1 milyon manat vəsait nəzərdə tutulub. 2015-ci il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində də elm təyinatlı infrastrukturlara aid olan investisiya layihələri üzrə müvafiq məbləğdə vəsait nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR