Şəkidə “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının açılış mərasimi keçirilib - FOTO

Şəkidə “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının açılış mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 02 iyul 2015 14:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Şəkidəki Yay teatrında Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimi şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq zəngin tarixə və yüksək mədəniyyətə malik olan Şəkinin qapılarını yenidən “İpək Yolu” VI Beynəlxalq musiqi festivalına açdığını bildirib.

İcra başçısı qeyd edib ki, Şəki festivallar şəhəri kimi də tanınır. Ötən il şəhərdə 4 beynəlxalq festival keçirilib. Bu festivallara 20-yə yaxın xarici ölkədən 200-dən çox iştirakçı qatılıb.

Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Şəki “İpək Yolu” Beynəlxalq musiqi festivalının yeni ideyalarla zənginləşdiyini qeyd edib. Onun sözlərinə görə, bu dəfə festivalın ən böyük hadisəsi Azərbaycanda yaşayan azsaylı xalqların musiqi folklorunun, mərasimlərinin, mahnı və rəqslərinin nümayişi olacaq.

Festivalın açılış mərasimində Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib.

Orkestrin dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, solisti Toğrul Qəniyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR