Şəkidə yanğın olub

Şəkidə yanğın olub
# 24 yanvar 2015 10:29 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın Şəki şəhəri ərazisində, Şəki şəhər sakini Məmmədkərim Əzizova məxsus, ümumi sahəsi 288 kv/m olan dülgər sexində qeydə alınıb.

Hadisə yerinə FHN-in Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində sexin yanar konstruksiyaları və sexin içərisində olan dəzgah və taxta materiallar yanaraq yararsız hala düşüb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-in Şəki rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR