Sabirabadda bıçaqlanma hadisəsi baş verib

Sabirabadda bıçaqlanma hadisəsi baş verib
# 13 noyabr 2015 18:21 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 1985-ci il təvəllüdlü Məhərrəmov Toğrul Məhərrəm oğlu sol budun yuxarı arxa nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Özünün bildirdiyinə görə, bir-neçə adamın mübahisəsi zamanı ona kimin tərəfindən bıçaq xəsarəti yetirildiyini görə bilməyib.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR