FHN Göyçayda ata və iki azyaşlı övladının yanaraq ölməsi ilə nəticələnən yanğın barədə məlumat yayıb

FHN Göyçayda ata və iki azyaşlı övladının yanaraq ölməsi ilə nəticələnən yanğın barədə məlumat yayıb
# 08 may 2015 08:10 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1970-ci il təvəllüdlü Babayev Azad Misir oğlu, 2008-ci il təvəllüdlü Əhmədov İlyas Azad oğlu və 2009-cu il təvəllüdlü Əhmədova Aysu Azad qızının yanmış meyitləri aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR