Lənkəranda mal-qara oğruları tutulub - VİDEO

Lənkəranda mal-qara oğruları tutulub - <span style="color: red;">VİDEO
# 14 aprel 2015 11:29 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda mal-qara oğurluğu ilə məşğul olmaqda təqsirləndirilən şəxslər tutulub.

Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi, polis baş leytenantı Toğrul Hüseynov məlumat verib. Onun sözlərinə görə, rayonun Havzava kənd sakini, 45 yaşlı Aygün Mirzə qızı Hüseynova ŞRPŞ-nə ərizə ilə müraciət edərək kəndin yaxınlığındakı meşə sahəsindən bir baş inəyinin itdiyini bildirib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Havzava kənd sakinləri, 36 yaşlı Xalid Mirverdi oğlu Quliyev, 38 yaşlı Varid Xudaverdi oğlu Quliyev və 33 yaşlı Vüqar İltifat oğlu Bayramov şübhəli şəxs qismində saxlanılaraq dindirilməsi üçün polis şöbəsinə gətiriliblər. İlkin araşdırmalardan həmin şəxslərin bir yox, bir neçə vətəndaşın, o cümlədən rayonun Moloja kənd sakini, 48 yaşlı Rahim Bayram oğlu Fərzullayev, Havzava kənd sakinləri, 30 yaşlı Samir Şacı oğlu Xudaverdiyev, 28 yaşlı Elmar Sərdar oğlu Fərəcov və 51 yaşlı Maarif Şirvan oğlu Malıyevə məxsus 1, şəxsiyyətləri hələlik müəyyənləşdirilməmiş daha iki nəfərə məxsus 3 baş iribuynuzlu mal-qaranı da oğurladıqları üzə çıxıb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR