Təhsil naziri: “Növbəti 5 ildə Azərbaycanda şagirdlərin sayı xeyli artacaq”

Təhsil naziri: “Növbəti 5 ildə Azərbaycanda şagirdlərin sayı xeyli artacaq”
# 04 iyun 2015 10:15 (UTC +04:00)

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov deyib ki, bu, təhsil sistemindən yeni çağırışlara yeni cavablar tələb edir. Nazirin sözlərinə görə, hazırda məktəblərin 1-ci siniflərə qəbul prosesi davam edir. Azərbaycanda çox müsbət demoqrafik artım müşahidə olduğundan yeni tədris ilində 1-ci sinfə qəbul olunacaq şagirdlərin sayının artacağı gözlənilir.

Ötən tədris ilində 6 yaşı tamam olmuş xeyli sayda uşağın 1-ci sinfə qəbul olunmadığını xatırladan M.Cabbarov yaşı 6-dan çox olan uşaqların təhsilə cəlbinin yerli icra hakimiyyəti orqanlarının diqqət mərkəzində olduğuna da əminliyini bildirib: "Çünki nümunəvi əsasnaməyə görə, məcburi təhsilə cəlb olunma yerli icra hakimiyyəti orqanlarının əsas vəzifələrindən biridir. Ümid edirəm ki, onlar yerli qurumlarla, yerli təhsil şöbələri ilə sıx işləyir. Murada ictimaiyyətin, medianın da rolu çox mühümdür. Bir çox ölkədə uşaqların təhsilə vaxtında cəlb olunmamasına, təhsildən yayınmaya görə cəzalar nəzərdə tutulur".

Təhsil nazir hesab edir ki, Azərbaycanda tədbirlər belə formada həyata keçirilməli deyil. Bu məsələdə inzibati tədbirlərə əl atmaqdansa, "şüur"un üzərində çalışmaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR