Ombudsman Aparatının rəhbəri ATƏT-in xüsusi nümayəndəsini qəbul edib

Ombudsman Aparatının rəhbəri ATƏT-in xüsusi nümayəndəsini qəbul edib
# 11 mart 2015 13:27 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. İnsan Hüquqları üzrə Müvəkkil Aparatının (Ombudsman) rəhbəri Aydın Səfixanlı ATƏT-in İnsan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi Mədinə Yarbuzinovanı qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Səfixanlı beynəlxalq problemlərdən biri olan insan alverinə qarşı ölkəmizdə ciddi mübarizənin aparıldığını qonağın diqqətinə çatdırıb.

M. Yarbuzinova isə ATƏT-in insan alverinə qarşı mübarizə sahəsində hazırladığı tövsiyələr üzrə Azərbaycanda xeyli iş görüldüyünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR