Azərbaycanlı zəvvarların Həcc ziyarəti başa çatıb

Azərbaycanlı zəvvarların Həcc ziyarəti başa çatıb
# 08 oktyabr 2014 08:57 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, zəvvarlar bu gündən Məhəmməd Peyğəmbərin qəbrini ziyarət üçün Mədinə şəhərinə yola düşməyə başlayıblar.

Bu səfər ziyarət üçün vacib şərt olmasa da, zəvvarların arzusu ilə həyata keçirilir. Oktyabrın 11-dən etibarən isə azərbaycanlı zəvvarların mərhələ ilə Vətənə qayıdışı başlayacaq.

Qeyd edək ki, ziyarət bu il də iki variantda təşkil olunub. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manat təşkil edib. Bu qiymətlər ötən ilki qiymətlərlə eyni olub. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutub. Suriyada baş verənlər və regionda İŞİD təhlükəsi ilə əlaqədar olaraq bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyiblər. Bu il Azərbaycandan Həcc ziyarətinə 4 minə yaxın zəvvar gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR