“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan əldə edilən mənfəət neftinin həcmi açıqlanıb

“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan əldə edilən mənfəət neftinin həcmi açıqlanıb
# 27 oktyabr 2014 09:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan əldə edilən mənfəət neftinin həcmi açıqlanıb

APA-Economics” xəbərinə görə, bu gün Bakıda keçirilən Enerji Tənzimləyicilərinin Beynəlxalq Assosiasiyasının (ERRA) İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü toplantısında Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, oktyabrın 1-nə olan məlumata görə, bu yataqlardan indiyədək 347 mln. ton neft hasil edilib.

Onun sözlərinə görə, yataqlar blokundan indiyədək hasil edilən qazın miqdarı isə 101 mlrd. kubmetr təşkil edib.

X. Yusifzadə qeyd edib ki, AÇG yataqlarından indiyədək Azərbaycanın 187 mln. ton mənfəət nefti əldə etdiyini.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR