Ötən il Ombudsman Aparatına mülkiyyət hüququ ilə bağlı 2 103 şikayət daxil olub

Ötən il Ombudsman Aparatına mülkiyyət hüququ ilə bağlı 2 103 şikayət daxil olub
# 27 fevral 2015 11:00 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Ötən il Ombudsman Aparatına mülkiyyət hüququ ilə bağlı 2 103 şikayət daxil olub.

APA-nın məlumatına görə, bu barədə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2014-cü il üzrə illik hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, şikayətlər əsasən mülkiyyətdə olan əmlakın (evin, tikilinin) müvafiq məhkəmə qərarı olmadan yerli icra hakimiyyəti orqanı tərəfindən sökülməsi, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınması və əvəzinin ödənilməməsi və ya əvəzində uyğun kompensasiyanın verilməməsi, torpaq payına dair dövlət aktında torpaq sahəsinin düzgün, habelə sərhədlərinin yerində göstərilməməsi, vətəndaşa məxsus evin və torpağın sənədləşdirilməsi ilə əlaqədar süründürməçiliyə yol verilməsi, sığorta haqlarının ödənilməməsi ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR