Poroşenko: "Ukraynada bundan sonra oliqarx olmayacaq"

Poroşenko: "Ukraynada bundan sonra oliqarx olmayacaq"
# 30 may 2015 22:46 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Pyotr Poroşenko bunu Odessaya səfəri çərçivəsində çıxışı zamanı deyib.

“Ukraynada bundan sonra heç bir oliqarx olmayacaq. Oliqarxlar orta təbəqədən daha çox ödənişlər etməlidir”, deyə Poroşenko qeyd edib.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Odessa Vilayət Dövlət Administrasiyasının başçısı təyin olunması haqqında fərman imzalayıb. Ötən gün Poroşenko Odessada Mixail Saakaşvilini ictimaiyyətə vilayətinin yeni başçısı kimi təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR