Bakıda zəncirvari yol qəzası baş verib - FOTO - VİDEO

Bakıda zəncirvari yol qəzası baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 31 oktyabr 2014 18:42 (UTC +04:00)

APA-nın məlumatına görə, qəza Heydər Əliyev prospektindəki tuneldə qeydə alınıb. Qəza zamanı "VAZ 2107", "Mercedes" və "Hyundai" markalı avtomobillər toqquşub.

Zəncirvari qəza yolda tıxaca səbəb olub. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırma zamanı məlum olub ki, qəzaya maşınların tunelə sürətlə daxil olması və lazımi ara məsafəsi saxlamaması səbəb olub. Hər üç avtomobil evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR