Sankt Peterburqda yanan mənzildə qətlə yetirilmiş 2 qadın və 2 kişinin meyiti aşkarlanıb

Sankt Peterburqda yanan mənzildə qətlə yetirilmiş 2 qadın və 2 kişinin meyiti aşkarlanıb
# 29 iyun 2015 18:29 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Sankt Peterburq şəhərində yanğın baş vermiş mənzildə qətlə yetirilən 2 qadın və 2 kişinin meyiti aşkarlanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər istintaq komitəsindən məlumat verilib. Tapılan cəsədlərin üzərində çoxsaylı işgəncə izləri aşkarlanıb. Hadisə yerinə əməliyyat-istintaq qrupu cəlb olunub, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR