Azərbaycanın bəzi yerlərində havanın temperaturu 28 dərəcəyə yüksələcək - VİDEO

Azərbaycanın bəzi yerlərində havanın temperaturu 28 dərəcəyə yüksələcək - <span style="color: red;">VİDEO
# 29 aprel 2015 10:52 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR