Bakıda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş konfrans keçirilib - VİDEO

Bakıda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş konfrans keçirilib - <span style="color: red;">VİDEO
# 21 aprel 2015 08:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu və Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən "Qarabağ tədqiqatları" mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, Akademiyasının rektoru Urxan Ələkbərov konfransın əhəmiyyətindən danışıb. Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev isə çıxışında Azərbaycanın Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb.

Tədbirin davamında çıxış edən Azərbaycan Ağsaqqal Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib ki, Azərbaycanda tarixi həqiqətlər, ölkədə olan mövcud vəziyyət elmi araşdırmalarla ortaya qoyulur. Bunun çox mühüm addım olduğunu deyən F. Heydərov qeyd edib ki, Azərbaycan indi dünya miqyasında inkişaf edən ölkələr sırasındadır: “Azərbaycan dünyanın hər yerindən görünür və nümunə hesab olunur. Biz inkişaf edirik. Bu günlərdə Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olunacaq. Azərbaycanın bugünkü uğurlarının əsası Heydər Əliyevin adı ilə bağlıdır. Sovetlərin Birliyi dağılan zaman 15 ölkə arasında torpaqlarının 1/5-ni itirən, 1 milyon qaçqını olan ölkəni Heydər Əliyev fəlakətdən qurtarıb və ölkədəki faciələrə son qoyub. Bununla da Heydər Əliyev bu gün dünyada tanınan ölkənin əsasını qoyub”.

F.Heydərov əlavə edib ki, bu gün Azərbaycanın düşmənləri çoxdur, ona paxıllıq edir, nailiyyətlərini qəbul etmək istəmirlər: “İkili standartlarla çıxış edənlər Dağlıq Qarabağda azərbaycanlılara qarşı törədilənləri qəbul etmək istəmirlər. Bu torpaqların azad olunmasını arzulamırlar. Əslində isə hər kəs Azərbaycan torpaqların işğal olunduğunu, 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu bilir. Bu faktları bəzən üzə deyənlər sonradan ikili standart nümayiş etdirərək fikirlərini davam etdirmirlər. Torpaqların qaytarılması üçün heç kəs təşəbbüs göstərmək istəmir. Yalnız özümüz, prezident İlham Əliyevin səyi ilə və onun ətrafında birləşərək Dağlıq Qarabağ münaqişəsinin həllinə nail ola bilərik. Bunun üçün belə bir vaxtda xalqın, xüsusilə gənclərin möhkəm birləşməsi vacibdir”.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli qeyd edib ki, artıq bu gün Azərbaycan hücum taktikasını elmi əsaslarla həyata keçirməyə başlayıb.

Tədbirin davamında müxtəlif mövzular ətrafında məruzələr dinlənilib. Konfrans materialları kitab şəklində çap olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR