Goranboyda minik və yük maşınları toqquşub, xəsarət alan var

Goranboyda minik və yük maşınları toqquşub, xəsarət alan var
# 25 fevral 2015 14:54 (UTC +04:00)

Goranboy. Azər Məmmədli - APA. Goranboy rayonunda ağır yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə fevralın 25-də saat 15 radələrində Goranboy-Ağcakənd yolunun 12-ci kilometrliyində, rayonun Səfikürd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, kənd 57 yaşlı Sərdar Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə rayon istiqamətdə hərəkətdə olarkən həmyerlisi Rauf Şərifovun idarə etdiyi “Ford Tranzit” markalı yük maşınla toqquşub. Zərbənin gücündən hər iki avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb və ciddi deformasiyaya uğrayıb. Qəza nəticəsində minik maşının sürücüsü ağır bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, sürücünün vəziyyəti orta-ağır olaraq qalır. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR