Rusiyada içərisində uşaqların olduğu avtobus yük maşını ilə toqquşub: 3 nəfər ölüb, 20 nəfər yaralanıb

Rusiyada içərisində uşaqların olduğu avtobus yük maşını ilə toqquşub: 3 nəfər ölüb, 20 nəfər yaralanıb
# 21 may 2015 09:03 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə Nijni Novqorod vilayətində baş verib.

Avtobusda Sankt-Peterburqda keçirilən karate yarışlarından Kazana qayıdan uşaq komandasının üzvləri və məşqçilər olub. Ölənlərdən biri uşaqdır. 17 nəfər xəstəxanaya yerləşdirilib.

Uşaqların əksəriyyətinin beyin-kəllə travması aldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR