Son beş ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 11 259 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Son beş ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 11 259 nəfər cinayət məsuliyyətinə cəlb edilib
# 08 dekabr 2014 14:36 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. "Son beş ildə (2010-2014) ölkədə aşkar olunan narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər üzrə 11 259 nəfər cinayət məsuliyyətinə cəlb edilib".

APA-nın məlumatına görə bunu görə, bunu Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” ilə bağlı beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

H.Aslanov bildirib ki, həmin şəxslərin 2746 nəfərini 30 yaşa qədər olan gənclər, o cümlədən 25 nəfərini 14-16 yaşı olanlar təşkil edib: "2009-cu illə müqayisədə 2014-cü ildə respublika üzrə rəsmi qeydiyyatda olan narkomanların sayı 22,2% artaraq, 28 570 nəfərə çatıb. Onların 539 nəfərini qadınlar, 4 nəfərini uşaqlar təşkil edir".

DİN rəsmisinin sözlərinə görə, təkcə bu il avaralıq və dilənçilik edən 250 azyaşlı, eləcə də uşaqları qanunazidd fəaliyyətə cəlb edən 80 valideyn müəyyən edilərək, barələrində tədbir görülüb: "172 yetkinlik yaşına çatmayan, həmçinin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları qanunazidd əməllərə cəlb edən 50 valideyn profilaktik qeydiyyata götürülüb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR