Prezidentdən AZAL-a tənqid: “Başqa ölkələrə nisbətən aviabiletlərin qiyməti nə üçün baha olmalıdır?” - VİDEO

Prezidentdən AZAL-a tənqid: “Başqa ölkələrə nisbətən aviabiletlərin qiyməti nə üçün baha olmalıdır?” - <span style="color: red;">VİDEO
# 13 iyul 2015 22:02 (UTC +04:00)

Bakı-APA. “AZAL yüksək xidmət göstərir, mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Axı başqa ölkələrə nisbətən kerosin ucuz qiymətə verilir, niyə aviabiletlər bahadır?”

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu bu gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Prezident bildirib ki, AZAL dövlət tərəfindən böyük subsidiyalar alır: “Bütün təyyarələr dövlət büdcəsi hesabına alınır, aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. O halda başqa ölkələrə nisbətən aviabiletlərin qiyməti nə üçün baha olmalıdır?”

Prezident Maliyyə və Sənaye və İqtisadiyyat nazirliklərinə bu məsələ ilə məşğul olub, digər ölkələrlə müqayisə aparmağı tapşırıb: “Burada tənzimləmə mexanizmi olmalıdır, hər şey şəffaf olmalı və qiymətlər qaldırılmamalıdır ”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR