“Seltik”in baş məşqçisi: ““Qarabağ”la hər iki oyun çətin keçəcək”

“Seltik”in baş məşqçisi: ““Qarabağ”la hər iki oyun çətin keçəcək”
# 23 iyul 2015 08:06 (UTC +04:00)

Bakı – APA. “Qarabağ”la oyun tam fərqli keçəcək. Növbəti mərhələdə ən güclü rəqiblə qarşılaşacağıq”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Ronni Deyla deyib.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İslandiya klubu “Styarnan”ı mübarizədən kənarlaşdıran (2:0, 4:1) “Seltik” növbəti mərhələdə Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq.

Ağdam klubu haqda müsbət fikirlər səsləndirən Deyla “Qarabağ”la hər iki matçın çətin keçəcəyini bildirib: “Mən “Qarabağ”ın bir oyununa baxmışam. Onlar Monteneqro klubu “Rudar”dan güclü idilər. Bir sözlə, yaxşı rəqiblə qarşılaşacağıq. Hər iki oyun çətin keçəcək”.

Norveçli çalışdırıcı qeyd edib ki, hədəfləri ÇL-in qrup mərhələsində oynamaqdı: “Əgər Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyiriksə, önümüzə çıxan bütün rəqiblərlə döyüşməliyik. “Qarabağ”la oyunlar maraqlı keçəcək. Rəqibimiz yaxşı komanda olsa da, növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR