Almaniyanın "Lufthansa" aviaşirkəti 1300-dən çox uçuşu təxirə salıb

Almaniyanın "Lufthansa" aviaşirkəti 1300-dən çox uçuşu təxirə salıb
# 01 dekabr 2014 10:17 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Almaniyanın "Lufthansa" aviaşirkəti1300-dən çox uçuşu təxirə salmağa məcbur olub.

APA-nın ”Russia Today”ə istinadən verdiyi xəbərə görə, şirkətin “Vereinigung Cockpit” pilotlar sendikası - həmkarlar təşkilatı iki günlük tətil elan edib.

Pilotlar sendikası mövcud tarifə dəyişikliklər tələb edir. Təşkilat xüsusilə döə təqaüd üçün yaş həddinin 59 yaşdan 61 yaşa qaldırılması ilə bağlı şirkət rəhbərliyinin planına etiraz edir. Bu tətilin 150 min sərnişinə təsir edəcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR