Gələn ilin dövlət büdcəsindən Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5 mln. manat ayrılacaq

Gələn ilin dövlət büdcəsindən Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5 mln. manat ayrılacaq
# 17 oktyabr 2014 08:52 (UTC +04:00)

Bakı. APA-Economics - Musa Əhmədov. Gələn il kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub.

APA-Economics”in xəbərinə görə, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2015-ci ilin dövlət və icmal büdcələrinin təqdimatında bildirilir.

Sənəddə bildirilir ki, fəaliyyətə başladığı dövrdən 2015-ci il də nəzərə alınmaqla dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlər hesabına Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyində 122,3 mln. manat (dövlət büdcəsindən ayrılan vəsait 66,0 mln. manat, verilmiş kreditlər üzrə faktiki qaytarılmış əsas borcun məbləği 56,3 mln. manat) məbləğində kreditlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR