Nazir: “Kənd təsərrüfatı sahəsində sığorta strategiyası işlənilməlidir”

Nazir: “Kənd təsərrüfatı sahəsində sığorta strategiyası işlənilməlidir”
# 02 iyul 2015 08:26 (UTC +04:00)

APA-Economics” xəbəri verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AİİF-2015) çıxışı zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazirin sözlərinə görə, bu istiqamətdə onun rəhbərlik etdiyi qurum Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə əməkdaşlıq edir.

“Bu, aqrosənayenin inkişafına təsir edəcək, fermerlərin fəaliyyətini stimullaşdıracaq. Kənd təsərrüfatı sığorta şirkətləri üçün riskli sahədir. Kənd təsərrüfatının sığortasına dövlət dəstəyinin göstərilməsi üçün qanunvericilik bazasını hazırlamışıq”, - deyə S. Şərifov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR