Gədəbəydə sərxoş kişi özünü bıçaqlayıb

Gədəbəydə sərxoş kişi özünü bıçaqlayıb
# 17 aprel 2015 06:59 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gədəbəy rayon sakini özünü bıçaqlayıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Arıqdam kənd sakini, 1973-cü il təvəllüdlü Azər Musa oğlu Qurbanov ayağının damarları və vətəri kəsilmiş vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Məlumata görə A. Qurbanov sərxoş vəziyyətdə özünə bıçaqla xəsarət yetirib.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR